VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İŞİD-dən qaçmağı bacaran iki qadın başlarına gələnləri danışıb.
 
BAKU.WS məlumat verir ki, 3 ildir dünya gündəmində olan İŞİD terror təçkilatına qoşulanların bir qismini "Cihad gəlini" olmaq istəyən qadınlar təşkil edir. Həmin qadınlardan olan iki qohum bu yaxınlarda İŞİD-dən qaçaraq Türkiyəyə sığınıblar. Başlarına gələni danışan qadınlar ilk vaxtlarda təşkilatın idealogiyasını dəstəklədiklərini deyiblər. Ancaq, təşkilatın günahsız insanlara verdiyi işgəncələri gördükdən sonra qaçmaq qərarına gəliblər. 
 
Universitet məzunu olan Ümmü adlı qadın İŞİD-in iki üzvü ilə ailə qurub. Birinci əri öldükdən sonra onu məcbur başqasına veriblər. Daha sonra o da təşkilatdan qaçıb. O bildirib ki, İŞİD-ə könüllü olaraq qoşulub: "Bir aylıq bir təlim düşərgəsinə qoşuldum. 15 gün silahdan istifadəni öyrətdilər, 15 gün isə dini təhsil verdilər. Daha sonra İŞİD-ə üzv oldum. Əxlaq polisi kimi fəaliyyət göstərməyə başladım. İlk günlər bu xoşuma gəlirdi, özümü xoşbəxt hiss edirdim. Daha sonra günahsız insanlara verilən işgəncələri gördükdə ürəyim parçalandı. Onlar günahsız idilər, təşkilat üzvləri onları işgəncə verərək amansızlıqla öldürürdülər".

Ümmüdən fərqli olaraq Dua İŞİD-ə könüllü olaraq qatılmayıb. Onu məcbur bir ərəbə ərə veriblər. O da İŞİD-in etdiklərini vəhşilik adlandırıb. Əsir götürdükləri insanlara verdikləri işgəncələrdən danışıb. Hazırda Türkiyənin Urfa şəhərində yaşayan qadınlar türk dilini öyrənirlər. Qadınlar tezliklə Avropaya getmək istədiklərini, onlar da digər insanlar kimi sərbəst yaşamaq istədiklərini bildiriblər. 
 
BAKU.WS