13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakıda qadını bıçaqla hədələyərək pulunu və qızıllarını ələ keçirən və ona qarşı əxlaqsız hərəkətlər edən xalaoğlanları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindnə saxlanılıb.

İdarəyə müraciət edən rayon sakini şərti adı N.Z olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Faktla bağlı Xətai Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

BAKU.WS