SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Suraxanı rayonunda aptekdə oğurluq hadisəsi baş verib. 

BAKU.WS-in əldə etdiyi görüntülərdə oğuluq hadisəsi kameraya tuş gəlib. Ramanı qəsəbəsi, Caparidze küçəsində yerləşən aptekdə baş verən oğurluqda sahibkara 200 manat ziyan dəyib. 

Aptekin sahibi Elşən Alişov BAKU.WS-ə açıqlamasında bildirib ki, oğurluq edən şəxs əvvəlcə 20 minlik dərman alacağını vəd edib. Etibar qazandıqdan sonra çölə çıxıb. Bir bəhanə ilə geri aptekə qayıdan şəxs kassanın nəzarətsiz olduğunu görüb pulları götürüb. 

Həmin anları təqdim edirik: 

Abbas
BAKU.WS