SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonu ərazisində oğurluq hadisəsi baş verib. 

BAKU.WS-in məlumatına görə, bir nəfər şəxs İbrahim Baxşıyevə məxsus həyət evinə daxil olub və oğurluq edib.

Zərərçəkmiş şəxs bildirib ki, həyətindən 4o kiloluq kartof oğurlanıb. Ev sahibi bu hadisənin artıq bir neçə dəfə təkrarlandığını söyləyir. 

Oğurluq hadisəsinin qarşısını almaq üçün həyətinə müşahidə kamerası quraşdıran ev sahibi bu dəfə ona ziyan vuran şəxsin cəzalanmasını istəyir. Polisə müraciət edəcəyini deyən ev sahibi oğurluq edən şəxsin qanun qarşısında cəzalanmasına nail olmaq niyyətindədir. 

Nazim
BAKU.WS