SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Paytaxt ərazisində minik avtomobilindən oğurluq edilib. BAKU.WS xəzərxəbər-ə istinadla məlumat verir ki, oğurluq hadisəsi müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

Görüntülərdən aydın olur ki, yolun kənarında dayanmış minik avtomobilinin sahibi yük yerindən əşya götürür. Başqa bir nəfər isə onu gözləyir.

Həmin vaxt onların yanından qara gödəkçə geymiş 30-35 yaşlarında bir nəfər keçir.

Avtomobilin sahibi oradan uzaqlaşdıqdan sonra həmin şəxs geri qayıdır və maşına yaxınlaşır. Bir anın içində avtomobilin ön qapısını açır və mobil telefona bənzər əşyanı götürərək qaçır.

Hadisə paytaxtın Xətai rayonu, Babək prospektində baş verib və ərazidəki inşaaat malları mağazalardan birinin müşahidə kamerası tərəfindən anbaan lentə alınıb.
 
BAKU.WS