VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda gözəllik salonundan oğurluq kameraya düşüb. 
 
BAKU.WS-in redaksiyasına göndərilən videodan aydın olduğu kimi bir nəfər şəxs Nizami rayonu ərazisində yerləşən gözəllik salonuna daxil olub. 
 
Xan Şuşinski küçəsi 58 ünvanında qeydə alınan oğurluq hadisəsi anbaan təhlükəsizlik kamerasının yaddaşına yazılıb. Salonun sahibi BAKU.WS-ə bildirib ki, hadisə səhər saatlarda qeydə alınıb. 
 
Salona daxil olan şəxs 800 manat pul, fotoaparat, notbuk, videokamera, iş üçün lazım olan avadanlıqları, 1 ədəd şuba, 1 ədəd palto, hətta dəsmalları da oğurlayıb. Polis faktla bağlı araşdırma aparıb və dəyən ziyanın miqdarı 5 min manat olaraq müəyyən edilib. 
 
Hazırda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən axtarılır. Əgər siz də oğurluq edən şəxsi görsəniz polisə müraciət edərək köməklik edə bilərsiniz. 
 
Şahin Həbibov
BAKU.WS