SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində avqustun 22-də əcnəbi vətəndaş Mohamed Abdulla Ahmed Ali Al-Alinin rayon ərazisində kirayədə yaşadığı evdən 300 dirhəm (138 manat) pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov saxlanılıblar.

BAKU.WS