SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-da son illərin ən güclü qasırğası gözlənilir.

"Lane" adlı qasırğa saatda 230 kilometr sürətlə Oahu adasına doğru hərəkət edir. NASA qasırğa ilə bağlı insanları vahiməyə salan görüntünü yayımlayıb.

Havay adalarında məktəblər bağlanıb, rəsmi qurumlar və müəssisələr fəaliyyətini dayandırıb. Ada sakinləri evlərinə qida ehtiyyatları toplayıb və qasırğanın gəlməsini həyəcanla gözləyirlər.

ABŞ rəsmiləri vətəndaşlara qasırğanın 50 sm. qədər su basmasına səbəb ola biləcəyi xəbərdarlığını edib. 

Havay adalarının rəsmiləri vətəndaşları və turistləri 14 gün qida, içki və dərman vasitəsi ehtiyyatı götürməyə çağırıb.

Abbas
BAKU.WS