SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində yol qəzası baş verib.

BAKU.WS
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 22-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Amil Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Əlzamin Mirzəyevi və onun arxasında oturmuş Rəhim Əliyevi vurub.

Nəticədə Ə.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb, R.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS