VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ermənistan ordusu son 3 gün ərzində təmas xəttində gedən atışmalar zamanı itkilər verib.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan müdafiə naziri Seyran Ohanyan etiraf edir ki, cəbhədə üç erməni əsgəri yaralanıb. Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti çox ağırdır. 

Xatırladaq ki, dekabrın 4-də də təmasının xəttinin şimal-şərq istiqamətində Ermənistan ordusu itki verib. Gərginliyin artması nəticəsində şiddətlənən atışmada erməni hərbi qulluqçu Erik Qriqoryan (1995) ölüb. 
 
Azərbaycan Müdafiə Nazirliyindən bildirilir ki, son günlər Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. 

Şahin Həbibov