SİZİN REKLAM BURADA!
055 213 76 73



Avqustun 4-də Ağstafa rayonunun Qarayazı qəsəbəsi ərazisində yerləşən fermada, orada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən 2 dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə S.Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Həmşəyevanın vəziyyəti ağırdır.

Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.İbrahimov tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “МЦ-2112” markalı tüfəng götürülüb.

BAKU.WS