SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS
“virtualaz.org”a istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən R.Çərtikov 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Rasim Çərtikov arvadı Arifə Çərtikovanı qısqanclıq zəminində qətlə yetirib.

Təqsirləndirilən şəxs İfadəsində arvadının son vaxtlar dəyişdiyinə görə ondan şübhələndiyini göstərib. 23 ildən artıq ailəsi ilə birgə Kislovodskdə və Essentukidə yaşayan R.Çərtikov həyat yoldaşına Rusiyaya köçməyi təklif etsə də qadın razılaşmayıb.

Ailədaxili mübahisə zamanı R.Çərtikov arvadına çoxsaylı bıçaq zərbələri endirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Törətdiyi cinayət əməlinə görə R.Çərtikova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

BAKU.WS