Bakı şəhərinin Sabunçu rayonunda zibil daşıyan maşın aşıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.


Bildirilir ki, yüksək sürətlə hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Zibil maşını hərəkətsiz dayanan minik maşınının üstünə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ