SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyanda minik avtomobillərini daşıyan yük maşını aşıb, 7 ədəd maşın əzilib.

Hadisə Ələt-Astara magistralının Salyanın Kürsəngi kəndindən keçən hissəsində baş verib. Satış üçün nəzərdə tutulan minik avtomobilllərini daşıyan TIR-ın sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınının qoşqusunda olan və satış üçün nəzərdə tutulan 7 ədəd minik avtomobili əzilərək yararsız hala düşüb. Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İrana aparılması nəzərdə tutulub. İlkin ehtimala görə, qəza sürücünün yuxulu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS