SİZİN REKLAM BURADA!
055 213 76 73



Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

BAKU.WS FHN-ə istinadən məlumat verir kiBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşıb, kuzada olan qum ətrafa dağılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunub. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qum altında insan faktorunun olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparıblar. Əməliyyat başa çatıb.

***09:45

Ötən gün gecə Bakıda qəza baş verib. 

BAKU.WS-in məlumatına görə, ağırtonnajlı yük maşını Tbilisi prospektində aşıb. 

Qəzaya səbəb yük maşınının təkərinin partlaması səbəb olub. Nəticədə yük maşını aşıb və əsas prospektdə nəqliyyatın hərəkətini çətinləşdirib. 

Qəza zamanı sürücü ağır xəsarət alıb və beyni dağılıb. 

Hadisənin görüntülərini təqdim edirik: 

Şahin
BAKU.WS