Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadsiə "Yaşıldərə" yaşayış massivində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2015-ci il təvəllüdlü Paşalı Yunis Namiq oğlu ikinci mərtəbədən düşərək ağır xəsarətlər alıb. Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS