VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

DSX-dən BAKU.WS-ə verilən məlumata görə, 11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Mubarak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətəndaşı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kurbanoviçin, 1989-cu il təvəllüdlü Özbəkistan vətəndaşı Karimov Ataybek Mirzaibrahimoviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Snizhana Aleksandrovnanın pasportları şübhə doğurub, laborator müayinə nəticəsində pasportların saxtalaşdırılması müəyyən olunub.

17 iyul tarixində Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurub və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.

BAKU.WS