SİZİN REKLAM BURADA!
055 213 76 73



İngiltərənin Mançestr şəhərində bədbəxt hadisə baş verib.
 
BAKU.WS məlumat verir ki, 9 günlük uşağını öpən ana onun ölümünə səbəb olub. İnfeksiyadan dodağı uçuklayan qadın bunun ciddiyyətinə varmayıb.
 
Körpəsini öpdüyü üçün infeksiya uşağa da keçib və onun ölümünə səbəb olub. Rut Şofild adlı qadın dodağındakı uçuğun virusun təsiri ilə yarandığını bilmədiyini deyib. 
 
Bu hadisəyə dünya mətbuatında geniş yer verilib. Sosial şəbəkələrdə isə insanlar bəxtsiz anaya təsəlli mesajları yazıblar.
 
BAKU.WS