VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtda sürücülərdən biri digər avtomobil üçün qəza təhlükəsi yaradıb.

BAKU.WS
xəbər verir ki, həmin maşını öz avtomobili ilə vurub. Bu da azmış kimi, maşından enərək günahsız sürücünü təhqir etməyə başlayıb. Bəs bu cür sürücüləri hansı cəza göləyir ?

Əvvəlcə hərəkətdə olan avtomobili sağdan ötür. Həmin anda da minik avtomobilinivurur.

Sonra isə hərəktdə ikən qəfildən əyləci basır və avtomobili digər minik maşınının qarşısında saxlayaraq qəza təhlükəsi yaradır.

Bu da azmış kimi, maşından düşən sürücü arxadakı avtomobilin sürücüsün üstünə cumur. Sərnişin isə günahsız sürücünün avtomobilini yumruqla vurmağa başlayır.

Görüntülər paytaxtın Yusif Səfərov küçəsində hücuma məruz qalan avtomobildəki kamera tərəfindən qeydə alınıb.

Həmin avtomobilin sürücüsü Əli Həsənli bildirib ki, öz zolağıyla qaydalar çərçivəsində hərəkət edərkən, sol zolaqda hərəkətdə olan avtomobilin sürücüsü manevr etmə qaydasını pozaraq ona təhlükə yaradıb. Sürücü buna əhəmiyyət verməyərək yoluna davam edən zaman, digər avtomobilin sürücüsü bundan qəzəblənərək sağdan ötmə edib və həmin sürücünün avtomobilini qəsdən vurub. Hadisəni törədəndən sonra isə avtomobili qəfil dayandıraraq sürücünün qarşısını kəsib. Bu zaman qaydanı pozan sürücü sərnişinlə birgə avtomobildən düşərək Əli Həsənlini nalayiq söyüşlərlə söyərək təhqir ediblər. Həmçinin sərnişin onun avtomobilini yumruqla vurmağa başlayıb. Sonradan onlar avtomobilə minərək hadisə yerindən yayınıblar.

Ekespertlər bildirirlər ki, əgər hadisə nəticəsində günahsız sürücünün avtomobili zədələnmiş olsa, qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

Xəzər TV-də yayımlanan həmin görüntüləri təqdim edirik:

BAKU.WS