Bakının Səbail rayonu ərazisində təcili tibbi yardım maşını aşıb.

BAKU.WS
xəbər verir ki, hadisə Xəqani küçəsində, 160 nömrəli gimnaziyanın yaxınlığında baş verib. “MediClub” klinikasına məxsus təcili tibbi yardım maşını qəzaya düşüb.

Hadisə şahidləri BAKU.WS-ə bildirdilər ki, qəza “MediClub” klinikasına məxsus təcili tibbi yardım maşını qarşısına çıxan digər avtomobillərə dəyib və sürücü idarəetməni itirib.

Məsələ ilə əlaqədar “MediClub” klinikası ilə əlaqə saxladıq. Klinikadan BAKU.WS-ə bildirdilər ki, hadisə saat 11:00 radələrində qeydə alınıb. Qəzanın hansı səbəbdən baş verməsinə gəlincə, məsələyə heç bir münasibət bildirilmədi. Klinikadan dedilər ki, rəhbər Aygün Babayeva işdə deyil. Klinikada da məsuliyyətli şəxs olmadığı üçün ətraflı heç bir məlumat verilmədi.

Cavid Babayev
BAKU.WS