SİZİN REKLAM BURADA!
055 213 76 73



Hacıqabul rayonunda "Kamaz"la toqquşan nəqliyyat vasitəsi Bakı-Tbilisi sərnişin avtobusudur.

"Report"un yerli bürosu xəbər verir ki, Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralıların ümumi sayının 30-dək olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.

Hacıqabul rayonunda Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6 nəfərin adı məlum olub.

Gürcüstan vətənadaşı, 1971-ci il təvllüdlü Orbalişvili Petri Qadiroviçin idarə etdiyi sərnişin avtobusu idarəetmədən çıxaraq "KamAZ"la toqquşub.

Nəticədə sürücü və avtobusda olan sərnişinlər - 2000 ci il təvllüdlü Qvanca Makhabelli, Orbalişvili, Anna Qavuaşvili, Tamar Okronidze, Georgi Okronidze və Mariam Datviaşvili müxtəlif dərəcəli xəsarətlər alıblar.

BAKU.WS