Sabirabadda qanunsuz saxlanılan silahlar və çətənə kolları aşkarlandı

Sabirabadda qanunsuz saxlanılan silahlar və çətənə kolları aşkarlandı
Hadisə 1275
Sabirabad Rayon Polis Şöbəsinə Yenikənd kəndi ərazisindəki həyətyanı sahələrdən birində narkotik tərkibli bitkilərin yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.BAKU.WS DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kənd sakini Elnur Qənizadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu, 19 ədəd çətənə şitili, həmçinin müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.Daxil olmuş digər məlumatlar əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qarağac kənd sakini Sərvan Mahmudovdan və Qaragüney kənd sakini Hafiz Məlikovdan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngləri götürülüb.Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakı sakinindən 1 kiloqramdan artıq heroin götürülüb

Bakı sakinindən 1 kiloqramdan artıq heroin götürülüb

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ba...

1321 Hadisə 14:54 07 aprel 2018

Son xəbərlər