VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Abşeron rayonunda kütləvi dava olub. APA TV xəbər verir ki, hadisə 7 nəfər arasında yaşanıb.

Qobu qəsəbəsində baş vermiş kütləvi dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğlu bıçaqlanıb. Ona beş bıçaq xəsarətinin yetirildiyi deyilir. Yaralı təcili 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

BAKU.WS