SİZİN REKLAM BURADA!
055 213 76 73



64 nəfərin ticarət mərkəzində yanaraq öldüyü Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev hər kəsin önündə diz çökərək üzr istədi. 

BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, əyalətin əsas meydanında 7 saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib.

“Mən sizdən üzr istəyirəm” deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.

Nəzərinizə çatdıraq ki, 64 nəfər faciəvi şəkildə vəfat edənləri 41-i uşaqdır. 

Rəşad Əliyev
BAKU.WS