SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bu gün gecə saatlarında Rusiyanın Həştərxan vilayətində qətl hadisəsi baş verib.    
 
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 00:27 naməlum şəxslər Həştərxan vilayətinin Lenin rayonunda yerləşən benzindoldurma stansiyasının «Magistral» mağazasında 2 polisi öz tabel silahları ilə öldürərək gizləniblər.
 
Hər iki asayiş keşikçisi elə yerindəcə keçinib.

Polislərin ölümündə şübhəli bilinən şəxslərin idarə etdiyi «Qazel» daha sonra şəhərin bir neçə km kənarda tapılıb.

Cinayətdə şübhəli bilinən 8 nəfər axtarışa verilib. Həştərxan əyalətinin qubernatoru Aleksandr Jilkin bu gün faktla əlaqədar olaraq xüsusi antiterror komitəsi toplayıb.

BAKU.WS