SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncədə avtomobil piyadanı vurub öldürüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

BAKU.WS