4 rayonda mobil operator şirkətinin enerji blokları oğurlanıb - FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli mobil operator şirkətinə məxsus ötürücü stansiyalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Bakı şəhər sakini Nəsimi Qurbanov cari ilin müxtəlif vaxtlarında işlədikləri şirkətin Tərtər, Daşkəsən, Yevlax və Goranboy rayonlarındakı ötürücü bazalarından ümumi dəyəri 30.000 manata yaxın enerji bloklarını oğurlayıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək, sözügedən enerji bloklarını satdıqlarını bildiriblar.
Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...
