SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmələr olub.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, “Dərnəgül” istiqamətində hərəkət edən qatar “28 May” metrostansiyasında 10 dəqiqəyə yaxın dayandıqdan sonra hərəkət edib.
“İçərişəhər” istiqamətində hərəkət edən qatar da 10 dəqiqəyə yaxın gecikib.

Hadisə şahidləri həmçinin bildirirlər ki, “İçərişəhər” istiqamətində hərəkət edən qatar 9 dəqiqə “Əhmədli” metrostansiyasında dayanıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə bildirdi ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən. qatarların hərəkət intervalında gecikmə baş verir.

“Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”, - deyə Nəsimi Paşayev qeyd etdi.

BAKU.WS