SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Hər kəsin dilində şüara dönmüş "Vur komandir, vur"dan bir il keçir. 
 
BAKU.WS məlumat verir ki, keçən ilin bu gün, noyabr ayının 12-də Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin Mi-24 tipli helikopterini məhv etmiş, 3 erməni pilotu ölmüşdü. 
 
Anbaan kameralara düşən hadisə sosial şəbəkələrdə paylaşıldıqdan sonra böyük əks səda doğurdu. Video görüntüyə düşən əsgərin "Vur komandir, vur" sözü qısa müddətdə insanlar arasında bir növ şüara çevirildi. Artıq xalqımızın yeni döyüş şüarı yaranmışdı.
 
"Vur komandir, vur" sözü o qədər məşhurlaşdı ki, bu adda mahnılar da yazılmağa başlandı. "App Store"də "Vur komandir, vur" oyunu belə hazırlanmışdı.

Əsgərin sözü məşhurlaşdığı kimi əsas işi görən çavuş da mükafatsız qalmadı. Müdafiə naziri Zakir Həsənov helikopteri vuran Azərbaycan ordusunun hərbçisi İlkin Muradovu «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı və qiymətli hədiyyə ilə mükafatlandırdı.
 
Qeyd edək ki, Manqa komandiri olan İlkin Muradov Azərbaycan ordusunda müddətdən artıq xidmət edir.
 
BAKU.WS