SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Bingöl şəhərinə düşən meteor hissəcikləri kənd sakinlərini varlı edib.

BAKU.WS-in məlumatına görə, Bingöl Universiteti meteorlar üzərindən araşdırma aparıb və məlum olub ki, göy cisimi atmosferə girdikdən sonra parçalanıb. Sarıçayır kəndinə meteor parçalarının düşməsindən sonra "Daşlar bahalı qiymətə alınacaq" söz-söhbətləri kəndliləri hərəkətə keçirib. Ətraf kəndlərdən də insanlar da bu kəndə axın edib. 

Meteor parçalarının qramına 15 - 60 dollar civarında qiymət biçildiyini söyləyən Sarıçayır kəndi sakinlərindən Mehmet Nezir Ergün bu sözləri bir alimdən eşitdiklərini bildirib: "İstanbul Universitetindən bir alim meteor hissəciklərinin qiymətli olduğunu bildirib. Bu daşların qramı 60 dollaradır. Ruslar gəlib bu daşları 15 dollardan 60 dollara qədər qiymətlərə alırlar. Almanlar da daş üçün buraya gəldilər. Keçən həftə almanlar bu daşlara görə 200 min dollar xərcləyiblər". 
 
Meteor hissəcikləri nəticəsində kəndlərinin məşhur olduğunu söyləyən Mehmet Nezir Ergün internetdən də tələb olduğunu söyləyib: "ABŞ-dan olan nümayəndələr də bu daşları axtarırlar. Danimarkada əlaqəli olduğumuz insanlar var".

Ətraf kəndlərdən yük maşınları ilə insanlar kəndə axın edir və daş axtarırlar. Kənddə gecə - gündüz daş axtarışı davam edir. 
 
Şahin Həbibov
BAKU.WS