SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Latın Amerika seriallarının məşhur aktrisası, Adriana Kampos rejissor həyat yoldaşı Karlos Rinkon ilə birlikdə avtomobil qəzasında həyatını itirib.
 
BAKU.WS məlumat verir ki, hadisə 3 noyabr tarixində Kolumbiyada baş verib. Aktrisa həyat yoldaşı ilə avtomobillə səfərə çıxıblar. Yolda Kalros idarəetməni itirib və avtomobil dərədən yuvarlanaraq çaya düşüb. Həkimlər bildirib ki, onların sağ qalma ehtimalları olmayıb. Məşhur cütlük hadisə yerindəcə keçiniblər.

Cütlüyün 1 yaşında oğlu qalıb. Hadisə baş verən vaxt uşaq nənəsi ilə olub. 
 
Qeyd edək ki, Adriana Kampos Azərbaycanda çox sevilən "Klon" serialında rol alıb. Bundan başqa, "Zorro: Qılınc və Gül", "Qonşular" kimi məşhur seriallara çəkilib.
 
BAKU.WS