Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Yaxçal Şotorbani Hüseyn Kərimin yanına qısa müddətli görüşə gəlmiş oğlu İran İslam Respublikasının vətəndaşı Arefi Parsa Davud Hüseynin gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan gödəkçənin cibindən 2,542 qr həcmində tiryək aşkar edilib.

Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Qədirov Amil Cabbar oğlunun yanına qısa müddətli görüşə gəlmiş atası Qaradağ rayonu Sahil qəsəbəsi sakini Qədirov Cabbar Bəylər oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman bıçaq aşkar edilib.

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

BAKU.WS