SİZİN REKLAM BURADA!
055 213 76 73



İranın Kirman vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. 

BAKU.WS-in məlumatına görə, İranın Kirman vilayətinin şimal-şərq hissəsində təkanlar qeydə alınıb.

57 km dərinlikdə baş verən zəlzələ yaxınlıqdakı Hejdak şəhərində daha çox hiss edilib. Zəlzələdə dağıntı və tələfat olduğu barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bir müddət öncə də İranda, eyni bölgədə 7,3 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 600 nəfər həlak olmuşdu.

BAKU.WS