SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə evlilik verilişinə qatılan gəlin namizədlərin çılpaq fotolarını çəkərək fahişəliyə cəlb edən qruplaşma üzvləri həbs edilib.

BAKU.WS-in xəbərlərə görə, Türkiyə KİV-də yayılan məlumatlara görə, həbs edilən 4 nəfər əvvəlcə evlilik vədi ilə aldadılan qadınların içkilərinə dərman qataraq onların ağlını başlarından alıblar.

Daha sonra isə aralarında gəlin namizədlərin çılpaq fotolarını çəkiblər.

Polisin araşdırmaları zamanı məlum olub ki, dəstə üzvləri evlilik verilişinə qatılan və ya iş axtaran qadınları hədəfə alıblar.

Dəstə üzvləri evlilik verilişinə qatılan qadınlarla sosial şəbəkələr vasitəsilə əlaqə yaradıblar. Onlarla görüş təyin edilir, bara gedirdilər.

Daha sonra evə aparılan qadınların içkilərinə dərman atılaraq onların ağlını başlarından alıblar, çılpaq fotolarını çəkiblər.

Dəstə üzvlərinin qadınlardan birinin biləyini kəsdiyi, fahişəlik etmək istəməyən bəzi qadınları da meşəlik ərazilərdə döydükləri təsdiqini tapıb.

Qeyd edək ki, Türkiyənin “Zuhal Topalla izdivac” verilişində azərbaycanlı namizədlər də iştirak edirdi. Türkiyə polisinin əməliyyatı zamanı fahişəlik edən 3 azərbaycanlı gəlin namizədi də həbs olunmuşdu.

BAKU.WS