SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkədə olan daha bir azərbaycanlının adı açıqlanıb.

BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, polisin keçirdiyi əməliyyat zamanı saxlanılan “Zuhal Topalla izdivac” proqramının bəy namizədi Birkan K.-ya elçi düşən qadınlardan biri azərbaycanlıdır və onun adı Günel K.-dir.
Məlumata görə, Günel K. eskort saytlardan biri ilə əməkdaşlıq edib və bədənini satışa çıxarıb.

Saxlanılan azərbaycanlı polisə ifadəsində sayt üçün göndərəcəyi pulu hansı yolla ünvanına çatdırdığını etiraf edib. Günel qeyd edib ki, saytın pulunu Birkana verirmiş. Birkan isə ifadəsində deyib ki, Günelin fahişəlik etməsindən xəbərsiz olub.

Xatırladaq ki, Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkə aşkarlanıb.

Aparılan əməliyyatlar zamanı aralarında özəl kanalda evlilik verilişinə qatılan qadınların da olduğu fahişələr saxlanılıb.

Polis 54 eskort saytının Türkiyədə təxminən 700 qadına fahişəlik etdiriyini müəyyənləşdirib. Şəbəkə reklam şirkəti adı ilə fəaliyyət göstərib. Şübhəli şəxslər 3 ay ərzində polis tərəfindən izlənilib.

Əməliyyat çərçivəsində Adana başda olmaqla, İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Muğla, Kocaeli, Eskişehir, Mersin, Qaziantəp, Hatay, Şanlıurfa və Malatyada səhər saatlarında əməliyyat başlayıb. Basqınlar zamanı şəbəkə təşkilatçılarından 23 nəfər şəxs saxlanılıb. Onlardan 2-i qadın, 20-i kişi olub. "Zuhal Topalla izdivaç" verilişində iştirak etmiş Birkanın da saxlanılanlar arasında olduğu ortaya çıxıb. Polisin araşdırmasına görə, Birkan biri azərbaycanlı olmaqla iki qadına sayt üzərindən fahişəlik etdirib.

BAKU.WS