SİZİN REKLAM BURADA!
055 213 76 73



13 yaşlı Aynur Kərimovanın müalicə olunaraq ayağa qalxması üçün maddi yardıma ehtiyacı var.

BAKU.WS-in məlumatına görə, Aynurun anası Jalə Şirinova deyir ki, qızı 6 aylığından bu günə qədər Azərbaycanda müalicə olunur.

“Qızım serebral iflic xəstəsidir. Aynuru müayinə olunması üçün Türkiyəyə apardım. Həkimlər bildirdilər ki, qızımın ayağa qalxması üçün skolyoz əməliyyatı həyata keçirilməlidir. Əməliyyatın qiyməti 16 min dollardır. Pulumuz olmadığı üçün geri qayıtdıq”, - deyə Jalə Şirinova qeyd etdi.

Ana deyir ki, qızın atası da onları tərk edib. O, gözünün ağı-qarası bircə balasının yaşamasını istəyir.

13 yaşlı Aynur əgər indi əməliyyat olunsa, 18 yaşından sonra bir dəfə də əməliyyat olunmalıdır.

Aynurun əməliyyatı üçün 16 min dollar tələb olunur. Ona yardım etmək istəyənlər aşağıdakı bank hesabından istifadə edə bilər.

Bank Respublika
380194402354925501

Şəxsiyyət vəsiqəsi: AZE16439244

Əlaqə nömrəsi: 055 546 51 42 (Jalə Şirinova)

BAKU.WS