SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Ötən gecə Başqırdıstanda yeddi erməninin güllələnməsi hadisəsi ilə bağlı video yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, cinayət hadisəsi müşahidə kameralarına düşüb. Gecə saatlarında qeydə alınan hadisənin necə baş verdiyini videodan müşahidə etmək olar. 
 
Bir neçə avtomobillə hadisə yerinə gələn şəxslər ləng yerişlə avtoservisə yönəlirlər. Əllərində tüfənglə avtoservisə girən bir qrup şəxs cinayəti törətdikdən sonra dərhal oradan uzaqlaşırlar.  

Xatırladaq ki, bir qrup naməlum şəxs Severni küçəsində yerləşən avtoservisə daxil olub və yeddi nəfəri güllələyib. Son məlumata əsasən, xəsarət alanlardan biri-avtoservisin sahibi A.Sarkisyan Salavat mərkəzi şəhər xəstəxanasında başından aldığı güllə yarasından ölüb. Məlumat görə, atışmadan əvvəl yolda qəza baş verib.
 
Şahin Həbibov