SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib. 
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.
 
Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir.
 
Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində ittiham olunan 10-dan çox şəxs saxlanılıb. 

BAKU.WS