SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Zaqatalada xüsusi əməliyyat keçirilib. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

Əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini Məhəmməd Şərif oğlu Kələşov, Ramin Davud oğlu Şabanov, Şamil Cuma oğlu Şıxəmirov və daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərdən silah və narkotik götürülüb.
 
BAKU.WS