SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanda daha 3 nəfər suda boğularaq ölüb.
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, boğulma hadisələrindən biri Şüvəlan dəniz çimərliyində qeydə alınıb. Avqustun 7-də Xəzər rayonunun dənizdə çimərkən boğulmuş Aqil Mahmudovun meyiti avqustun 8-də sudan çıxarılıb. 

Digər bir hadisə Ağdaş rayonunda baş verib. Rayon sakini Mələk Kərimova su arxına yıxılaraq boğulub. 

Lənkəranda isə Vel kənd sakini Asəf Göyüşov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. 
 
Qeyd edək ki, son günlər havaların isti keçməsinə görə insanlar dənizlərə axın edir və nəticədə suda boğulma halları artır. 
 
BAKU.WS