SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Günəşdə iki iri ləkə qrupunun birləşməsi nəticəsində son 12 il ərzində ən böyük partlayış baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Lebedev adına Fizika İnstitutu məlumat yayıb.

“Bu cür hadisələr çox nadir hallarda - Günəş aktivliyinin pik həddində baş verir. Lakin ən maraqlısı odur ki, hazırda Günəş aktivliyi minimum səviyyəsindədir. Alimlər bunun necə baş verdiyini dəqiq araşdırmalıdırlar”, - məlumatda deyilir.

Qeyd edək ki, Günəş partlayışları beş növə bölünür: A,B, C, M və X.

Bugünkü partlayış X növünə aid edilib - Günəş səthində indi qədər qeydə alınan ən böyük partlayışlardan biridir. Alimlərin sözlərinə görə, bu partlayışın Yerə təsiri çox güclü olacaq.

BAKU.WS