Bərdədə toy karvanında olan avtomobil piyadaları vurub. Hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Toy karvanındakı avtomobilin piyadaları vurması ölümlə nəticələnib...

Ağır qəza Bərdənin Yeni Daşkənd kəndi ərazisində baş verib. Minik avtomobili toy karvanında hərəkətdə olan zaman sürücü sükana nəzarəti itirib və maşın yol kənarında su içən toy iştirakçılarını vurub.

55 yaşlı Ağapəri Məmmədova hadisə yerində dünyasını dəyişib. Digər 3 nəfər - 24 yaşlı Sərvər Məmmədov, 55 yaşlı Ayyıldız Səmədova və 62 yaşlı Göyçək Quliyeva isə müxtəlif bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Qəzanı törətmiş sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS