SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.

Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

BAKU.WS