VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

 


 

Xəbər verdiyimiz kimi, "Qarabağ” UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Bakıda "Kopenhagen”ə 1-0 qalib gəlib.

 

BAKU.WS-in "Qafqazinfo”ya istinadən məlumatına görə, matçı 30 mindən çox azarkeş Tofiq Bəhramov adına Respublika stadionunda izləyib.

 

Bir neçə min nəfər də stadionun kənarında bilet axtarışında olub.

 

Minlərlə insan istifadə etdiyi plastik su qabları və digər qida tullantılarını küçəyə atmağa üstünlük verib. Nəticədə isə ortaya xoşagəlməz mənzərə çıxıb.

 

Fotoqraf Rəsul Kərimovun stadionun qarşısında çəkdiyi fotoda minlərlə plastik su qabları və digər tullantıların olduğu zibil yığını görünür.

 

Sosial şəbəkədə bir çoxları azarkeşləri günahlandırsa da, bəziləri də əraziyə zibil qutularının az qoyulmasından şikayətlənib.

 

İndi kimdir günahkar: azarkeşlər, yoxsa əraziyə kifayət qədər zibil qutuları qoymayanlar?

 

BAKU.WS