Binəqədi qəsəbəsində güclü yanğın olub.
 
BAKU.WS xəbər verir ki, hadisə qəsəbəsinin mərkəzindəki tikinti materialları mağazasında baş verib.

Yanğın baş verən əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb edilib. Ərazidə bütün yollar bağlanılıb.
 
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mağazada baş verən yanğın saat 20:32-də yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 
BAKU.WS