SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.

BAKU.WS-in Report-a istinadən xəbərinə görə, hadisə Kür çayının şəhərdən keçən hissəsindəki körpüdə qeydə alınıb.

Belə ki, adı hələlik dəqiqləşdirilməmiş 25-27 yaşlarında olan gənc qadın özünü Kür çarı üzərindəki körpüdən suya ataraq intihar etmək istəyib. 

Lakin yaxınlıqda olan şəxs son anda özünü yetirərək onun suya atılmasına imkan verməyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qadının intihara cəhdinin səbəbləri araşdırılır.
 
BAKU.WS