SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat katibi Pərviz Musayev sosial şəbəkədə ölən şəxsin federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayev olmasını yazıb.  O, idmançının şəklini yayaraq baş sağlığı verib. 
 
"Dərin təəssüf hissi ilə bildirmək istəyirəm ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Azərbaycan Velosiped İdmanı Federasiyasının keçmiş idmançısı, yığma komandamızın keçmiş üzvü Akif Abdullayevdir. Allah rəhmət eləsin!"

Report-un məlumatına görə, hadisə ötən gecə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib. Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub. Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Tuncay
BAKU.WS