SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan "KİA" markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən 25 yaşlı Akif Abdullayev hadisə yerində ölüb. Digər velosipedçi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

BAKU.WS