SİZİN REKLAM BURADA!
055 213 76 73




Sumqayıtda kuryoz hadisə baş verib. Oğurluğa gələn şəxs, binanın şaxtasında boru xəttinə ilişib qalıb. Həmin şəxsi elə bina sakinləri tutaraq əlləri ilə polisə təhvil veriblər.

Oğurluğa gəldiyi binadan qaçmaq istəsə də, bu, mümkün olmadı. Video-görüntüdə oğru kimi təqdim olunan şəxs binanın şaxtasında ilişib qalıb.

Görüntülər Sumqayıtdandır. Hadisə 9-cu mikrorayon ərazisində baş verib. Şaxtaya düşən şəxslə olan dialoqdan belə aydın olur ki, həmin şəxs binaya oğurluq məqsədiylə gəlib. Danışıqlarda onun bir neçə evdən oğurluq etdiyi ilə bağlı iddialar da səslənir. Həmçinin bildirilir ki, həmin şəxs ifşa olunacağını hiss edərək şaxtayla qaçmağa cəhd edib və onun bu istəyi alınmayıb.
 
BAKU.WS-in məlumatına görə, mənzil sahibi Nadir Qiyasov "XəzərXəbər”ə bildirdi ki, o, mənzilinə daxil olarkən içəridə yad birinin olduğunu görüb.
 
Həmin şəxsi elə bina sakinləri tutaraq əlləri ilə polisə təslim ediblər. Hazırda fakt araşdırılır.