3-cü dəfə həbsə düşən məhkum: "İnanmıram ki, yenidən həbs ediləm" - VİDEO
06
noy
2019
12:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Rezonans” proqramında bu dəfə Ucar rayonundan olan, 1975-ci il təvəllüdlü məhkum Qulu Lətifov həyatından danışılıb.Məhkum Qulu Lətifov - Cəzası 6 il 6 ay (ümumi 14 il): “Ucar rayonunda doğulmuşam. Ata bir, ana ayrı ögey qardaşlarım var. Ticarətlə məşğul olmuşam, orta məktəbi Şuşada oxumuşam. 2003-cü ilin sonlarından cinayətə qurşandım. Nəsimi bazarında alış-veriş edirdim, Beyləqandan olan uşaqlarla bazarda işləyirdim. Mənə torba tikdilər və mən cinayətkar oldum.2010-cu ilin 3 mart tarixində ikinci cinayətimi törətdim. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (Dələduzluq) ittiham edildim. 2015-ci ilin 6 dekabr tarixində üçüncü cinayətimi törətdim, oğurluq etdim. 6 il yarım hökm oxundu, maddələr dəyişdiyinə görə endirildi 5 ilə. Birinci dəfə həbsə düşüb çıxandan sonra 1 il azadlıqda qaldım, ikinci həbsimdən sonra azadlığa çıxanda 3 ilə yaxın azadlıqda qaldım. Üçüncü həbsim isə indidir, 5 il azadlıqdan məhrum edilmişəm, 1 il 4 ay cəzam qalıb.Öz səhlənkarlığımın ucbatından həbsə düşmüşəm, çox peşmanam. Bu cəzadan azadlığa çıxandan sonra inanmıram ki, bir daha belə əməl törədəm, yenidən həbs ediləm. 2014-cü ildə yenicə ailə qurmuşdum. Ailə qurandan 2 il sonra həbs edildim. Düşünürəm ki, azadlığa çıxandan sonra məni söysələr də cinayət törətməyəcəm, həbs olunmaq olmayacaq bir daha.Özümə nifrət edirəm, çox peşmanam. Yanıma ancaq ögey qardaşım gəlir. Ailəmlə ancaq telefonla danışıram, rəva bilmirəm onların həbsxanaya gəlməsini. Övladım dünyaya gələndə mən həbsdə idim, oğlumun üzünü görə bilmədim. Qızımı görmüşəm, 5 yaşı var. Həyat yoldaşım deməyib həbsdə olduğumu, bilmirlər həbs edildiyimi. Qızıma deyiblər ki, başqa ölkədədir, zəng edəndə də deyir ki, ata gələndə mənə saqqız alarsan.Evim yoxdur, yoldaşım qayınatamgildə qalır, çox sağ olsunlar ki, övladıma baxırlar. Bir arzum var ki, azadlığa çıxım övladlarımı oxudum, onların təhsili ilə məşğul olum”.
Oxşar xəbərlər
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
“Məhkumlardan 4700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boy...